Faşizm üzərində Qələbənin
70 illik yubileyinə həsr olunur

Müracİət

Arzu Əliyeva

Hörmətli tamaşaçı!

2015-ci il mayın 9-da faşizm üzərində Qələbənin 70 illik yubileyi qeyd edilir. Bu tarixi Qələbəyə böyük töhfələr vermiş Azərbaycan xalqı cəbhəyə 700 mindən çox oğul və qızını yola salmışdır. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Müharibə zamanı göstərdikləri igidliyə görə 128 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. Bu Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin yaradılmasında əsas məqsədimiz Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır. Bu film, eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların – ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə böyük Qələbəni yaxınlaşdıran insanların xatirəsinə dərin hörmət və ehtiramımızın təzahürüdür. İnanıram ki, xalqımızın böyük Qələbəyə verdiyi əvəzsiz töhfələri əks etdirən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi onu izləyən hər bir azərbaycanlıya qürur və fərəh hissi yaşadacaqdır.

Sİnopsİs

Film faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunur.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir.

Filmdə “mühərriklər müharibəsi” adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun “qara qızılı” Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi.

Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir.


Faktlar

“Hədəf Bakıdır” sənədli filminin hazırlanması ilə əlaqədar faktlar

Layihə
üzərində iş
CC&C şirkəti
haqqında
Filmin nümayişi
haqqında
Tarixi faktlar
və rəqəmlər

Layihə üzərində iş təxminən 14 ay davam edib

ay

Filmin hazırlanmasından öncə 2 aya yaxın müddətdə filmin mövzusu bir çox dünya ekspertləri tərəfindən müzakirə edilib, müxtəlif arxiv idarələrində sənədlər, şəkillər və video-lentlər araşdırılıb;

Filmin hazırlanması üçün arxivlərdə saxlanılan 200 saatdan çox video-görüntüdən istifadə olunub. Bu görüntülər Azərbaycan, Rusiya, Fransa, Almaniya və İngiltərənin arxiv idarələrindən əldə olunub

Filmin təkcə HD formatına çevrilməsi, arxiv görüntülərinin bərpası və rənglənməsi 3 aydan çox vaxt aparıb;

Filmin nümayiş ediləcəyi “National Geographiс” kanalının daxili qaydalarına əsasən hər bir film nümayiş olunmazdan əvvəl istifadə edilən faktların dəqiq və qərəzsiz olduğu yoxlanılır. ”Hədəf Bakıdır” filmi üç həftəyə yaxın belə yoxlama prosesindən keçib.

dilə tərcümə

Filmin hazırlanmasında 90 nəfərə yaxın insan çalışıb




CC&С Fransanın sənədli film sahəsində ən qabaqcıl şirkəti sayılır;

Bu şirkətin əvvəllər yaratdığı başqa bir film – “Apokalipsis: II Dünya Müharibəsi” dünyanın 171 ölkəsində 1 milyarddan çox tamaşaçı tərəfindən izlənilib. Bu film, ümumiyyətlə, ən çox baxılan sənədli film olub və “National Geographic” kanalının ən yüksək reytinqli sənədli filmi seçilib;



“Hədəf Bakıdır” filmi ilk dəfə ictimaiyyətə mayın 4-də Heydər Əliyev Mərkəzində təqdim olunacaq
04.05.2015

9 May Qələbə günü ərəfəsində filmin Azərbaycanın televiziya kanallarında nümayiş olunacağı planlaşdırırlır.

Mayın 8-də, 9-da və 10-da isə üç dəfə “National Geographic” kanalı vasitəsi ilə filmin 26 ölkə üzrə nümayişi gözlənilir.

Nümayişdən əvvəl bir həftə ərzində “National Geographic” kanalında filmin anonsu gedəcək

Filmin təxminən 50 milyon tamaşaçı tərəfindən izlənəcəyi proqnozlaşdırılır;
tamaşaçı


Müharibə illərində SSRİ-də hasil olunan neftin 72 faizi Bakının payına düşür.
% neft

Ümumilikdə 700 min insan və ya bütün Azərbaycan əhalisinin təxminən dörddə bir hissəsi Böyük Vətən Müharibəsində döyüşmək üçün orduya çağrılıb, onlardan onların 350 min nəfərdən çoxu geri dönməyib;

əsgər

1944-cü ildə neft sənayesi sahəsində çalışanların 60 faizi qadınlar olub;
% neftçi qadın

1941-ci ilin iyunundan 1942-ci ilin iyununadək Bakıda 23,5 milyon ton neft hasil olunub ki, bu da Azərbaycanın neft hasilatı tarixində rekord göstərici sayılır;

ton

Bakı neftçiləri təkçə Kurskda gedən tarixin ən böyük tank döyüşü üçün Qızıl Orduya ümumi uzunluğu 1300 kilometr olan neftlə dolu dəmiryol sisternləri göndərib.
km

Müharibə illərində Bakının hospitallarında 500 000 sovet əsgər və zabiti müalicə olunub.


Treyler


Bakının töhvəsİ

Tank hər kilometrə 1,84 litr yanacaq işlədir Tankın yanacaq çəninin həcmi 545 litrdir Deməli, tank bir çən yanacaqla 300 kilometr məsafə qət edə bilir

1 km 1, litr

litr

km


Ekvatorun uzunluğu 40.075 kilometrdir Bir tankın ekvator boyu Yer kürəsinin ətrafına dolanması üçün 66,5 ton yanacaq lazımdır

km


İkinci Dünya Müharibəsi illərində Bakı cəbhəyə 75 000 000 ton neft verib Emal zamanı olan itkilər də nəzərə alınmaqla bu qədər yanacaqla 188.000 tank ekvator boyu Yer kürəsini dolana bilərdi

ton

tank

Tədbİrlər

05.05.2015

“Hədəf Bakıdır” filmi ilk dəfə ictimaiyyətə mayın 4-də təqdim olunacaq


04.05.2015

Mayın 8-də, 9-da və 10-da isə üç dəfə “National Geographic” kanalı vasitəsi ilə filmin 26 ölkə üzrə nümayişi gözlənilir.

Filmdə “mühərriklər müharibəsi” adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən – neft uğrunda döyüş mövqeyindən baxılır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.


04.05.2015

9 May Qələbə günü ərəfəsində filmin Azərbaycanın televiziya kanallarında nümayiş olunacağı planlaşdırılır.

qəhrəmanlar


Siz qəhrəmanlıq göstərmiş şəxsin ad, soyad və atasının adını qeyd etməklə göstərdiyi igidlik barədə bizə yaza bilərsiniz. Redaksiyada baxıldıqdan sonra bu barədə məlumat saytın müvafiq bölməsinə yerləşdiriləcəkdir. Qəhrəmanlıq göstərən şəxsin şəklini əlavə etməyi unutmayın

Ad *
Email
Telefon *
Qəhrəmanın adı, soyadı, atasının adı *
Qəhrəmanın nailiyyəti *
Qəhrəmanliğin *
Şəkil əlavə et *
Şəkil əlavə et *
Şəkil əlavə et
* - Məcburi sahələri

Faşizm üzərində Qələbənin
70 illik yubileyinə həsr olunur